Sosial xidmətlər lazım olan resursları təqdim edir, insanlara öz davranışlarını və təsəvvürlərini dəyişməyə köməklik göstərir, maddi çətinliklər və dəyərlər yönümləri ilə bağlı problemləri həll edir. Sosial xidmətlərin fəaliyyətinin ən vacib metodları sosial müalicə və təşkilatçı inkişaf metodlarıdır. Sosial müalicə metodları və ya konkret hadisə ilə sosial iş kliyentlərin istəklərinə uyğun sosial xidmətlərin uyğunlaşdırılması vasitəsi ilə göstərilən yardım kimi çıxış edir. Köməkçi metodlar təşkilatçı və ictimai inkişaf yanaşmalarının tətbiq olunduğu qrup işində istifadə edilir.