Sosial qruplar Bərpa qrupları Bu qruplar mikrososiumda (kommyunite) müştərilərin yaşayış yerlərində təşkil edilir. Kommyunite ümumi dəyərləri olan, vahid konfessional baxışlara sahib olan və bərabər sosial və iqtisadi şəraiti olan eyni ərazidə birlikdə yaşayan fərdlərin birliyidir.
Burada əsas məqsəd asudə vaxtın birgə və səmərəli istifadə edilməsidir. Qrup dinamikasının əsasında qrupun anında fəallıq göstərməsi, müxtəlif növ otaq oyunlarına və məlumat xarakterli mövzuların (iqtisadiyyat, siyasət, mədəniyyət haqqında və s.) müzakirəsinə qrup üzvlərinin könüllü qoşulması dayanır.
Bacarıqların bərpası qrupları Belə qrupların əsas məqsədi itirilmiş bacarıqları bərpa etməkdə və onları yenidən qazanmaqda müştəriyə kömək etməkdir. Bu qruplar basketbol, tennis və s. idman oyunlarından tutmuş tətbiqi estetik istiqamətli məşğuliyyətlərə kimi (dulusçuluq, keremika və s.) kifayət qədər müxtəlif spektirli fəaliyyət formalarını əhatə edir.
Təhsil qrupları Təhsil qruplarında sosial iş müştərilərin bu və ya digər problemə olan maraqlarının qarşılıqlı şəkildə istiqamətləndirilməsi əsasında qurulur. Bir qayda olaraq, bu problemlər ayrı-ayrı fərdlərin və ya onların ailələrinin real ehtiyacları ətrafında cəmləşir. İş müştərilərin sosial sorğusu əsasında qurulur. Ailə büdcəsinin düzgün təşkil edilməsi, uşaqların tərbiyəsi və ya daxili və xarici siyasət məsələləri belə sorğulardan ola bilər.
Sosial disfunksiyanın və spesifik davranış qarşılıqlı fəaliyyətinin müalicəsi
Qarşılıqlı yardım sisteminə nail olunması; İlkin, lakin spesifik məqsədlər
Vasitəçilik Vasitəçiliyin əsasını sosial sistem nəzəriyyəsi, qrup nəzəriyyəsi və kiçik qrup nəzəriyyəsi, fərdin qrupla qarşılıqlı fəaliyyətinə diqqət yetirilməsi təşkil edir. Yardım prosesinə hazırlıq, sosial işçini müştəri ilə qrupda görüşə hazırlamaq, mərhələdən mərhələyə keçid və yekun prosesləri daxildir. Məqsəd cəmiyyətin və şəxslərin ehtiyaclarının ahəngdarlığına nail olmaqdır. Vasitəçi və həvəsləndirici rolunda çıxış edən sosial işçi qrup prosesinin müalicə imkanlarından istifadə edərək müştəriyə ehtiyac duyduqlarını əldə etməkdə köməklik göstərir.
Qrup qarşılıqlı fəaliyyəti prosesində müştərinin problemlərinin gerçək motivləri bəlli olur. Bu metod əlverişsiz mühitin aradan qaldırılmasına praktiki yardım göstərilməsinə istiqamətlənib.
Özünəkömək qrupları Qrupda göstərilən kömək onun üzvlərinin qarşılıqlı şəkildə bir-birlərini dəstəkləməli əsasında qurulur. Prosesi təşkil edərkən sosial işçi öz funksiyalarını qrupa ötürür. Qrupun iştirakçısı öz başına gələn hadisəni danışır, qrup üzvlərinin dəstəyini alır, probleminin mahiyyətini rasional şəkildə dərk etməkdə özü-özünə kömək edir və beləliklə, qrup işi prosesində müştərinin problemi aradan qalxır.
Drakeford stressin beş meyarını ayırır ki, onların əsasında müştərilərin özünəkömək qruplarının birləşməsi baş verir:
məsuliyyət;
standartlar;
konfessiya;
qeyri-peşəkarlıq;
fəaliyyət proqramı.
Qrup prosesinin əsasında özünüdərki inkişaf etdirməklə özünü təkmilləşdirmək prinsipləri durur. Bu, sosial fəaliyyəti yaxşılaşdırmaq üçün zəruri olan ictimai normaların qəbul edilməsində gətirib çıxarır.
Anonim Alkoqoliklər (spirtli içkilərdən asılılıqdan əziyyət çəkən müştərilər), Anonim depressiyalılar (depressiyadan əziyyət çəkən fərdlər), Anonim ailə (əlil uşağı olan ailələr) qruplarını, Amerika diabet təşkilatı (diabet xəstələrinin klubu), Milli qadınlar təşkilatını (öz haqları uğrunda mübarizə aparan qadınlar) nümunə göstərmək olar.