B) rəsmi - işgüzar üslub
C) elmi üslub
D) bədii və məişət üslubu
E) epistolyar üslub
59. Dialoji nitq forması hansıdır?
1 - dialoq
2 - monoloq
3 - çıxış
4 - diskussiya
5 - məruzə
A) 2, 3
B) 1, 4
C) 1, 2
D) 3, 5
E) 1, 5
60. Nitqin əsas ünsürləri hansılardır?
1 - danışmaq
2 - eşitmək
3 - dərk etmək
4 - jestlər
5 - mimika
A) 3, 4, 5
B) 1, 4, 5
C) 1, 2, 3
D) 4, 5
E) 2, 3, 4
61. Nitqin formaları hansılardır?
1 - daxili
2 - xarici
3 - yazılı
4 - şifahi
5 - vasitəli
6 - vasitəsiz
A) 2, 6
B) 1, 2
C) 5, 6
D) 3, 4
E) 1, 3
62. Nitqin tipləri hansı bənddə düzgün göstərilmişdir?
1 - daxili
2 - xarici
3 - monoloji
4 - dialoji
5 - yazılı
6 - şifahi
A) 1, 6
B) 2, 4
C) 3, 5
D) 5, 6
E) 1, 2
63. Nitqin tərzi hansı bənddə düzgün göstərilmişdir?
1 - vasitəli
2 - vasitəsiz
3 - şifahi
4 - yazılı
5 - monoloji
6 - dialoji
A) 3, 4
B) 2, 3
C) 1, 2
D) 4, 6
E) 4, 5
64. XVII - XVIII əsrlərdə aşıq poeziyasında “İmran dili” deyəndə nə nəzərdə tutulmuşdur?
1 - gözəl danışıq
2 - yatımlı deyiliş
3 - yazı mədəniyyəti
4 - estetik görünüş
5 - etik davranış
A) 1, 2
B) 1, 4
C) 2, 3
D) 3, 5
E) 3, 4
65. XIX əsrin 60 - cı illərində Rusiyada məhkəmə salonlarına hansı məşhurlar gedirdilər
1 - M. E. Saltınov - Şedrin
2 - Antoni Mark
3 - E. M. Dostoyevski
4 - A. P. Çexov
5 - V. Mayakovski
A) 2, 4, 5
B) 1, 3. 4
C) 2, 3, 5
D) 1, 4, 5
E) 2, 3, 4
66. M. Füzuli sözü nə adlandırır?
1 - müqəddəs bir ilahi varlıqdır
2 - jestlər
3 - ruhdur
4 - mimikadır
5 - simvoldur
A) 4, 5
B) 2, 5
C) 1, 3
D) 3, 4
E) 1, 2
67. Bir sözün müxtəlif məna çalarlarında başa düşülməsi nə ilə bağlıdır?
1 - İntonasiya ilə
2 - Sözün poetikliyi ilə
3 - Sinonimliyi ilə
4 - Təkmənalılığı ilə
5 - Antonimliyi ilə
A) 1
B) 2, 5
C) 4, 5
D) 3
E) 1, 2
68. “Yadıma düşdükcə Dilican dərəsi
Başımdan alovlar, tüstülər qalxır ”.
Misralarda hansı bədii təsvir vasitəsi işlənmişdir ?
1 - Metafora
2 - Epitet
3 - Təzad, inversiya
4 - Mübaliğə
5 - Təşbeh, inversiya
A) 1
B) 2, 5
C) 4
D) 2, 4
E) 1, 2
69. “ Səni kimdir sevən bica, qərənfil ? ! ” Nümundə obrazlılıq, ifadəlilik yaradan vasitələr nədir ?
1 - İnversiya, ritorik sual, bədii xitab
2 - Xitab, metanimiya
3 - İnversiya, təşbeh
4 - Psixoloji fasilə, məntiqi vurğu, təşbeh
5 - Ritorik sual, alliterasiya
A) 3
B) 2, 5
C) 4, 5
D) 1
E) 1, 2
70. Dillə nitqin fərqlərinə aid olanları ardıcıl düzün.
1 - Nitq tarixi səciyyə daşıyır, dil tarixdən kənar olur.
2 - Dili ünsiyyət vasitəsi kimi müşahidə etmək olmur.
3 - Nitq fərdidir, dil ümumi.
4 - Dil ünsiyyət vasitəsidir, nitq isə ünsiyyət prosesi.
A) 2, 1, 3, 4
B) 4, 3, 2, 1
C) 4, 1, 2, 3
D) 3, 2, 1, 4
E) 2, 4, 3, 1
71. Şifahi nitqə aid olan yardımçı vasitələri ardıcıl düzün.
1 - bədən hərəkətlərindən istifadə
2 - jest
3 - mimika
A) 1, 2, 3
B) 2, 3, 1
C) 3, 2, 1
D) 2, 3, 1
E) 1, 3, 2
72. Əvvəlcə yazılı, sonra şifahi nitqə aid olanları ardıcıl düzün.
1 - səs
2 - söz
3 - hərf
4 - yazı
A) 3, 2, 1, 4
B) 2, 1, 3, 4
C) 4, 1, 2, 3
D) 3, 4, 1, 2
E) 2, 4, 3, 1
73. Monoloji nitqin formalarını ardıcıl düzün.
1 - mühazirə
2 - məruzə
3 - məlumat
4 - çıxış
5 - nitq
A) 2, 4, 5, 3, 1
B) 2, 1, 5, 3, 4
C) 4, 1, 2, 5, 3
D) 5, 3, 2, 1, 4
E) 1, 2, 3, 4, 5
74. Dil və nitqin haqqında tədqiqat aparan müəllifləri dövrünə görə ardıcıl düzün.
1 - F. De. Sössür
2 - Aristotel
3 - N. Abdullayev
A) 1, 2, 3
B) 3, 2, 1
C) 2, 1, 3
D) 2, 3, 1
E) 1, 3, 2
75. Verilmiş fikirləri variantlarına uyğun müəyyən edin:
1 - Nitqdə başqasına müraciət, çağırış, əmr və s. mənaları ifadə edən sözlərə;
2 - Nitq prosesində danışan şəxsin gördüklərini və ya eşitdiklərini yamsılayaraq ifadə etdiyi sözlərə;
3 - Müəyyən yaş dövründə kiçik yaşlı uşaqların nitqində işlənən sözlərə;
4 - Danışanın obyektiv varlığı, əşya və hadisələrə, söylənilən fikrə münasibətini bildirən sözlərə;
5 - Nitqdə insanın keçirdiyi hiss və həyəcan bildirən sözlərə.
a - modal sözlər
b - uşaq sözləri
c - imperativ sözlər
d - təqlidi sözlər
e - nidalar
A) 1 – a; 2 – b; 3 – c; 4 – d; 5 – e
B) 1 – e; 2 – a; 3 – d; 4 – b; 5 – c
C) 1 – c; 2 – d; 3 – b; 4 – a; 5 – e
D) 1 – d; 2 – e; 3 – c; 4 – b; 5 – a
E) 1 – b; 2 – c; 3 – a; 4 – e; 5 – d
76. Dil və nitqi funksiyalarına uyğun müəyyənləşdirin:
I – Dil
II – Nitq
1 - Ictimai - tarixi təcrübəni yaşatmaq, ötürmək və mənimsəmək funksiyasını daşıyır;
2 - Kommunikasiyaya (ünsiyyətə) xidmət edir;
3 - Sözlər vasitəsilə ümumiləşdirmələr aparılır;
4 - Əşyalar, hal - hərəkət, vəziyyət, zaman və s. konkret adlandırılır;
5 - İntelektual fəaliyyəti xarakterizə edir.
A) I – 1, 3, 4; II – 3, 5
B) I – 2, 3, 5; II – 1, 4, 5
C) I – 1, 2, 5; II – 2, 3, 4
D) I – 1, 2, 3; II – 4, 5
E) I – 2, 4, 5; II – 1, 3, 4
77. Uyğunluğu müəyyən edin.
I – dil
II – nitq
1 - ünsiyyət prosesidir
2 - ünsiyyət vasitəsidir
3 - fərdi xarakter daşıyır
4 - ümumxalq səciyyəlidir
5 - tarixi səciyyə daşıyıq
6 - ratixdən kənardadır
A) I - 3, 5, 6, II – 1, 2
B) I – 1, 2, II – 3, 4
C) I – 2, 4, 6, II – 1, 3, 4
D) I – 5, 6, II – 3, 4
E) I – 1, 5, II – 2, 4
78. Uyğunluğu müəyyən edin:
I – Natiqlik sənətini ğyrənən elm
II - Nitq mədəniyyəti
1 – Nəzəri dilçilik sahəsi olub, hər hansı dilin normalarını öyrənir.
2 - Morfologiya
3 - Ritorika
4 – Dil vahidlərindən məqsədyönlü istifadə üsulunu öyrənir.
A) I - 4, II - 3
B) I - 2, II - 1
C) I - 2, II - 4
D) I - 3, II - 1
E) I - 4, II - 3
##num= 6// level= 1// sumtest=46 // name= Düzgün nitq və norma anlayışı. Azərbaycan ədəbi dilinin normaları //
1. Ədəbi dil nəyə deyilir?
A) ümumxalq dilinin ziyalı danışıq formasına
B) obrazlı və emosional danışığa
C) mədəni davranış qaydalarını xarakterizə edən dilə
D) ümumxalq dilinin cilalanmış, müəyyən normalara salınmış qoluna
E) ümumxalq dilinin paytaxt danışıq formasına
2. Ədəbi dilin normalarından biri səhv verilmişdir:
A) onomastik norma
B) tekstoloji norma
C) derivatoloji norma
D) morfoloji norma
E) semantik norma
3. Verilmiş fikirlərdən biri səhvdir:
A) ədəbi dilin yazılı forması hər hansı məlumatın nəsildən - nəslə keçməsində əsas rol oynayır.
B) ədəbi dilin yazılı formasında jest və mimikadan istifadə edilmir.
C) ədəbi dilin yazılı formasında bağlayıcılara və silsilə mürəkkəb cümlələrə daha çox yer verilir.
D) ədəbi dilin yazılı formasında elmi, texniki, siyasi və digər terminlər çox olur.
E) ədəbi dilin yazılı formasının tarixi şifahi formadan daha qədimdir.
4. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” ifadəsinin müəllifi kimdir?
A) C. Məmmədquluzadə
B) N. Nərimanov
C) M. F. Axundov
D) H. Cavid
E) H. Əliyev
5. “Mən bir çox dağlar aşdım, Şuşa, Quba və Şamaxı şəhərlərində oldum. . . azərbaycanca öyrənməyə başladım. . . ” Bu fikirlərin müəllifi kimdir?
A) A. Düma
B) A. Bestujev - Marlinski
C) A. S. Puşkin
D) M. Y. Lermontov
E) L. Tolstoy
6. Verilən fikirlərdən biri yanlışdır.
A) Ədəbi dil normalara tabedir.
B) Ədəbi dil tarixi hadisədir.
C) Ümumxalq dili ədəbi dilin cilalanmış qoludur.
D) Ədəbi dil xalqın ən nümunəvi ünsiyyət vasitəsidir.
E) Norma düzgün və vahid nitq yaratmağa kömək edir.
7. Bu nitq normalarından biri yalnız şifahi ədəbi dilə aiddir.
A) morfoloji
B) orfoqrafik
C) orfoepik
D) sintaktik
E) leksik
8. “Onun çox yüksək hafizəsi var” cümləsində ədəbi dilin hansı norması pozulub?
A) leksik
B) sintaktik
C) morfoloji
D) üslubi
E) fonetik
9. Orfoqrafiya qaydalarının pozulması nəticəsində baş verən qüsurlar aşağıdakı hallarda özünü göstərir. Biri yanlış verilmişdir.
A) ixtisasların yazılışında
B) xüsusi isimlərinin yazılışında
C) mürəkkəb sözlərin yazılışında
D) alınma sözlərin yazılışında
E) söz və ifadələrin yerində işlədilməməsində
10. Tarixilik cəhətdən nitq normalarının hansında dəyişmə ləng gedir?
A) leksik normalarda
B) leksik və qrammatik normalarda
C) fonetik və leksik normalarda
D) fonetik və qrammatik normalarda
E) hamısında
11. Sözlərin birində orfoqrafik norma pozulub.
A) fosfat
B) fosvor
C) fotoatelye
D) funikulyor
E) funksional
12. Sözün mənasını yaxşı bilmək və onu düzgün işlətmək hansı nitq normasının tələbidir ?
A) fonetik
B) leksik - fonetik
C) leksik
D) morfoloji
E) qrammatik
13. “Çatışmamazlıq, görməməzlik”sözlərində hansı norma pozulub?
A) leksik
B) sintaktik
C) fonetik
D) morfoloji
E) üslubi
14. Ədəbi dilin tələffüz normalarını şifahi dil üzərində qurmağı kim irəli sürmüşdür ?
A) Ö. F. Nemanzadə
B) C. Məmmədquluzadə
C) N. Vəzirov
D) M. F. Axundov
E) Ü. Hacıbəyov
15. Məntiqi vurğu haqqında deyilmiş fikirlərdən biri düzgün deyil.
A) məntiqi vurğu cümlədə hər dəfə yeni söz üzərinə düşəndə xüsusi məna çaları əmələ gətirir.
B) məntiqi vurğulu söz cümlənin mənaca fərqlənən vahididir.
C) məntiqi vurğulu söz danışanın məqsədini qabarıqlaşdıran vahiddir.
D) məntiqi vurğu nitqdə məna dəqiqliyi, məqsədin anlaşılması deməkdir.
E) məntiqi vurğulu söz yalnız xəbərin əvvəlində gəlməlidir və sabit vurğudur.
16. Məntiqi vurğunun müəyyənləşdirilməsi üçün göstərilən qaydalardan biri yanlışdır.
A) cümlədə həmcins üzvlərin hər biri məntiqi vurğu qəbul edir.
B) ki ədatı ilə işlənən sözlər məntiqi vurğu tələb etmir.
C) umumiləşdirici sözlər məntiqi vurğu ilə deyilir.
D) xitablar məntiqi vurğulu olur.
E) xüsusiləşmələr məntiqi vurğu ilə oxunur.
17. Bunlardan biri məntiqi vurğulu sözün göstərilməsində istifadə olunan qrafik üsula aid deyil.
A) məntiqi vurğulu sözün dırnaqda göstərilməsi
B) fərqləndirilən sözün seyrək xətlə göstərilməsi
C) məntiqi vurğulu sözün xəbərin əvvəlinə keçirilməsi
D) məntiqi vurğulu sözün altından xətt çəkilməsi
E) sözün xüsusi kursivlə verilməsi
18. Məntiqi vurğunun müəyyənləşməsinə aid qaydalardan biri düzgün deyil.
A) Qarşılaşdırılan zidd mənalı sözlər məntiqi vurğulu olur.
B) Da, də bağlayıcıları ilə işlənən sözlər məntiqi vurğu ilə tələffüz olunur.
C) Sual cümlələrindəki sual əvəzlikləri məntiqi vurğulu olur.
D) Sual cümlələrindəki sual ədatları ilə işlənən sözlər məntiqi vurğu tələb etmir.
E) Tərzi - hərəkət zərfləri çox vaxt məntiqi vurğulu olur.
19. Əgər cümlədə məntiqi vurğunu göstərmək üçün qrafik və leksik vasitələr yoxdursa , məntiqi vurğulu söz hansı olur ?
A) mübtədadan əvvəlki söz
B) zərflikdən əvvəlki söz
C) xəbərdən əvvəlki söz
D) təyindən əvvəlki söz
E) tamamlıqdan əvvəlki söz
20. Bunların ikisi ədəbi tələffüzün məzmununda xüsusi əhəmiyyət daşıyır.
1 - vurğu, intonasiya
2 - vurğu, leksik məna
3 - intonasiya, tembr
4 - tembr, vurğu
5 - diksiya, leksik məna
A) 3, 4
B) 2, 5
C) 4, 5
D) 1
E) 1, 2
21. Ədəbi dilin bu normasında sözlərin məna dəqiqliyi, çoxmənalılıq, məna dəyişmələri, məna qruplarına və sairəyə dair normalar nəzərdə tutulur.
1 - semantik norma
2 - frazeoloji norma
3 - morfoloji norma
4 - fonetik norma
5 - onomastik norma
A) 1, 3
B) 3, 5
C) 4, 5
D) 3, 4
E) 1
22. Qədim yer adlarının, qəbilə, tayfa, xalq, şəxs, dağ, dərə və s. adlarının düzgün yazılış və tələffüz formalarının sabitləşməsi bu normanın başlıca əlamətidir.
1 - onomastik norma
2 - semantik norma
3 - orfoqrafik norma
4 - sintaktik norma
5 - uslubi norma
A) 3, 4
B) 2, 3
C) 4, 5
D) 1
E) 1, 2
23. Əgər mədəni nitqdə “dilçilik” termini əvəzinə “lisaniyyat” işlənərsə, hansı norma pozulmuş sayılır?
1 - leksik
2 - onomastik
3 - fonetik
4 - morfoloji
5 - uslubi
A) 3, 4
B) 2, 5
C) 4, 5
D) 1
E) 3, 5
24. “Danışıq dili” temininin dilçilikdə işlənən beş mənasından biri yanlış göstərilmişdir.
1 - yazılı ədəbi dil mənasında;
2 - şifahi ədəbi dilin funksional üslubu mənasında;
3 - şifahi ədəbi dilin qeyri - rəsmi danışıq ünsiyyəti mənasında;
4 - dialoji nitq mənasında;
5 - ümumxalq dilinin bir hissəsi mənasında.
A) 2, 4
B) 2, 5
C) 4, 5
D) 1
E) 1, 2
25. İfadə vasitələrinin eyni üçün dildə müvazi işlədilməsi necə adlanır?
1 - norma variantı
2 - sabitlik
3 - ortologiya
4 - linqvistika
5 - üslub
A) 2, 5
B) 1
C) 3, 5
D) 2, 3
E) 1, 2
26. “Nоrmа“ sözünün dilçilikdə ifаdə еtdiyi mənа hаnsıdır?
1 - qаydа və hаdisələrin cəmi
2 - ölçü, miqdаr
3 - kəmiyyət, çəki
4 - dərəcə, əlаmət
5 - miqdar, kəmiyyət
A) 2, 4
B) 3, 5
C) 4, 5
D) 1
E) 1, 3
27. Biri lеksik nоrmаlаrа dахil dеyil:
1 - düzgün yаzı qаydаlаrı
2 - sözün sеçilib yеrində işlədilməsi
3 - yеni sözlərin işlədilməsi
4 - tеrminlərdən istifаdə
5 - аlınmа sözlərdən istifаdə
A) 1
B) 3, 5
C) 4, 5
D) 2, 3
E) 1, 2
28. Vеrilənlərdən biri ədəbi dilin əlаmətlərinə аid еdilə bilməz:
1 - ədəbi dil milli dilin fоrmаlаşmаsındа hеç cürə rоl оynаyа bilməz
2 - ədəbi dilin ədəbi - mədəni səciyyəliliyi оnun yüksək əlаmətlərindəndir
3 - ədəbi dil nоrmаlаşdırılmış ünsiyyət vаsitəsidir
4 - ədəbi dil tаriхən əldə оlunmuş ümummədəni nаiliyyətlərin sахlаnılmаsındа хüsusi əhəmiyyət kəsb еdir
5 - ədəbi dil şifаhi və yаzılı fоrmаlаrа mаlikdir.
A) 2, 3
B) 2, 4
C) 4, 5
D) 1
E) 1, 2
29. Ədəbi dilin nоrmаlаrının müəyyənləşdirilməsində əsаs götürülən mеyаrlаrdаn biri səhvdir:
1 - könüllülük
2 - təbiilik
3 - işləklik
4 - sаbitlik
5 - zərurilik
A) 4
B) 2, 5
C) 1
D) 2
E) 1, 2
30. Vurğuya dair normalarla bağlı fikirlərdən biri yanlışdır.
1 - Azərbaycan ədəbi dilində orfoepik normalardan biri kimi vurğu sözün son hecasına düşmür
2 - alınma sözlərdən vurğunun düzgün işlədilməsi ədəbi dil normalarına daxildir
3 - dünyü dillərində vurğu özünü müxtəlif şəkildə büruzə verir
4 - vurğu normalarına əməl olunması ən zəruri nitq mədəniyyəti əlamətidir
5 - alman və rus ədəbi dilinin vurğu normalarına görə vurğu sərbəstdir
A) 5
B) 1
C) 4, 5
D) 2, 4
E) 2
31. Aşağıda verilmiş fikirlərdən birini semantik normanın prinsipinə aid etmək olmaz.
1 - sözlərin məcazlaşaraq müəyyən fikri ifadə etməsi
2 - sözlərin əsas mənadan əlavə bir neçə mənalarda işlənməsi
3 - sözlərin yeni mənada işlədilməsi
4 - hər bir söz, məfhumu dəqiq şəkildə ifadə etməlidir
5 - sözlər yeni məna kəsb edərkən mənanın daralması, genişlənməsi və dəyişməsinin baş verməsi
A) 2, 4
B) 2
C) 4, 5
D) 1
E) 1, 3
32. Aşağıdakı fikirlərdən hansı düzgün deyil?
1 - orfoqrafik norma xalq tərəfindən müəyyən edilir
2 - orfoqrafiyada üç prinsip əsas götürülür
3 - orfoqrafik qaydalar vahiddir
4 - orfoqrafik qaydalar mümkün qədər sabit olur
5 - orfoqrafik qaydalara riayət etmək hamı üçün məcburidir
A) 2, 5
B) 1
C) 4, 5
D) 2, 4
E) 1, 2
33. Hansı bənddə sintaktik norma pozulmayıb?
1 - Maralın təzə ot qoxusu verən nəfəsi onun nəfəsinə qarışmışdı.
2 - Dən gəzirsən saçlarımın dənində.
3 - Yol azmışam bu payızın çənində.
4 - Elə bilirsən ki, donacaq zaman.
5 - Dörd bir yana dağılmış türk soyları,
Sönmüş ocaq, köçüb getmiş boyları. . .
A) 1
B) 2, 5
C) 4, 5
D) 2, 4
E) 1, 2
34. Ədəbi dilin bu norması sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulmasını, cümlə üzvlərinin qanunauyğun şəkildə sıralanmasını tələb edir. Söhbət hansı normadan gedir?
1 - sintaktik
2 - leksik
3 - onomastik
4 - fonetik
5 - orfoepik
A) 1
B) 2, 5
C) 4, 5
D) 2, 4
E) 1, 2
35. Üslubi norma kimi göstərilənlərdən biri yanlışdır
1 - sünilik
2 - təbiilik
3 - təmizlik
4 - axıcılıq
5 - yığcamlıq
A) 1
B) 2, 5
C) 4, 5
D) 2, 4
E) 1, 2
36. Bu normanın əsasını obrazlılıq, zənginlik, ifadəlilik, sadəlik, aydınlıq, ahəngdarlıq və s. nitq əlamətləri təşkil edir. Söhbət ədəbi dilin hansı normasından gedir?
1 - üslubi
2 - sintaktik
3 - morfoloji
4 - fonetik
5 - onomastik
A) 2, 4
B) 2, 5
C) 4, 5
D) 1
E) 1, 2
37. Ədəbi dilin normalarını ardıcıl düzün.
1 - qrammatika
2 - leksik
3 - fonetik
A) 1, 2, 3
B) 2, 3, 1
C) 3, 2, 1
D) 2, 3, 1
E) 1, 3, 2
38. Orfoqrafiyanın prinsiplərini ardıcıl düzün
1 - tarixi - ənənəvi
2 - morfoloji
3 - fonetik
A) 1, 3, 2
B) 2, 3, 1
C) 1, 2, 3
D) 2, 3, 1
E) 3, 2, 1
39. Azərbaycan dilinin lüğət tərkibinə daxil olan sözləri mənşəcə ardıcıl düzün.
1 - Ərəb - Fars sözləri
2 - Rus - Avropa sözləri
3 - əsl Azərbaycan sözləri
4 - Qafqaz mənşəli sözlər
A) 1, 2, 3, 4
B) 2, 3, 4, 1
C) 3, 1, 2, 4
D) 2, 4, 3, 1
E) 4, 1, 3, 2
40. Orfoepik qaydalara aid olan prinsipləri ardıcıl düzün.
1 - qrafik
2 - morfoloji
3 - fonetik
A) 1, 2, 3
B) 2, 3, 1
C) 3, 2, 1
D) 2, 3, 1
E) 1, 3, 2
41. Tələffüz üslublarını ardıcıl düzün.
1 - kitab üslubu
2 - adi danışıq üslubu
3 - normativ üslub
A) 2, 3, 1
B) 3, 1, 2
C) 1, 2, 3
D) 2, 3, 1
E) 1, 3, 2
42. Uyğunluğu müəyyən edin
I - orfoepik qaydalar ümumxalq dilinə uyğun olmalıdır
II – canlı danışıqda bir neçə formada işlənən tələffüz variantlarından biri seçilməlidir
III – iki tələffüz şəklindən biri – orfoqrafiyada işlənən forma seçilməlidir
1 - fonetik prinsip
2 - morfoloji prinsip
3 - qrafik prinsip
A) I – 3, II - 2, III - 1
B) I - 3, II - 1, III - 2
C) I - 1, II - 3, III - 2
D) I - 1, II - 2, III – 3
E) I - 2, II - 1, III - 3
43. Verilmiş fikirləri normalara uyğun müəyyən edin:
1 - Fonemlərin tələffüzünə dair normalar, alınma sözlərin tələffüzünə dair normalar;
2 - Yeni sözlərin işlədilməsinə dair normalar, sözün seçilib yerində işlədilməsinə dair normalar;
3 - Toponimlərə dair normalar, antroponimlərə dair normalar;
4 - Məna dəqiqliyinə dair normalar, sözün yeni mənada işlənməsinə dair normalar;
1 - - Çoxmənalılığa dair normalar, sözün düzgün yazılışına dair normalar;
a - orfqrafik normalar;
b - onomastik normalar;
c - leksik normalar;
d - semantik normalar;
e - orfoepik normalar.
A) 1 – c; 2 – a; 3 – d; 4 – b; 5 – d
B) 1 – a; 2 – d; 3 – e; 4 – b; 5 – c
C) 1 – e; 2 – c; 3 – b; 4 – d; 5 – a
D) 1 – b; 2 – e; 3 – a; 4 – c; 5 – d
E) 1 – d; 2 – b; 3 – c; 4 – a; 5 – e
44. Uyğunluğu müəyyən edin.
I – fonetik prinsip
II – morfoloji prinsip
III – tarixi - ənənəvi prinsip
1 - Sözlər eşidildiyi kimi tələffüzə uyğun yazılır
2 - Sözlərin qrammatik tərkibi əsas götürülür ki, bir tələffüz forması seçilir.
3 - Sözün vaxtilə mövcud olan yazılış şəkli saxlanılır
A) I - 3, II – 2, III - 1
B) I - 2, II – 1, III - 3
C) I – 1, II - 2, III - 3
D) I - 1, II - 3, III - 2
E) I - 3, II - 1, III - 2
45. Uyğunluğu müəyyən edin
I – iki nöqtə
II – sual işarəsi
III – nida işarəsi
1 - Cavab almaq üçün işlədilən cümlənun sonunda qoyulur
2 - Ritorik sual cümlələrinin sonunda qoyulur
3 - Ümumiləşdirici sözdən sonra qoyulur
4 - Yüksək hiss - həyəcan ifadə edən cümlələrdə qoyulur
A) I – 3, 4, II – 2, III - 1
B) I - 2, II - 1, 3, III - 4
C) I - 3, II - 1, 2, III - 4
D) I – 4, II - 1 , III - 2
E) I - 1, 2, II – 3, III – 4
46. Uyğunluğu müəyyən edin.
I – üç nöqtə
II – defis işarəsi
III – sual işarəsi
1 - mürəkəb sözlərin tərəfləri arasında işlənir
2 - cümlə üzvünün əlavəsindən sonra işlənir
3 - sual cümlələrinin sonunda işlənir
4 - cavab tələb etmədən bədii sual cümlələrində işlənir
A) I - 2, II - 1, 3, III - 4
B) I - 2, II - 1, III - 4
C) I - 4, II - 3, III - 1
D) I – 1, II - 2, III – 3, 4
E) I -2, 4, II - 1, III - 3
Dostları ilə paylaş: |