Yuxarıda qeyd edilən seçimdən asılı olaraq, rəqib komanda başlanğıc zərbəsini yerinə yetirir və ya birinci hissə ərzində hücum edəcəyi qapını seçir;
Birinci hissə ərzində hücum edəcəyi qapını seçən komanda ikinci hissədə başlanğıc zərbəsini yerinə yetirir;
İkinci hissədə komandalar qapıları dəyişir və əks qapılara hücum edirlər;
Texniki zona/Oturacaqlar hissələr arası fasilə zamanı komandalar tərəfindən dəyişilir - oturacaqlar özünə aid meydanın müdafiə edilən hissəsində olmalıdır;
Başlanğıc zərbəsindən birbaşa rəqib komandanın qapısına vurulan qol qeydə alınır; əgər top birbaşa başlanğıc zərbəni yerinə yetirən oyunçunun qapısına daxil olarsa, küncdən zərbə təyin olunur.