Yerinə yetirilmiş əməliyyatlar nəticəsində işçi vərəqində seçilmiş diaqram
yaranacaq. Mausun düyməsi basılı vəziyyətdə diaqramı pəncərənin istənilən
digər hissəsinə yerləşdirin. Çevrəvari diaqramın ayrı-ayrı hissələri müstəqil
sahələrdir. Bu hissələrdən hər hansı birini qeyd edin və mausun düyməsi
basılı vəziyyətdə qeyd edilmiş hissəni diaqramdan ayırın.
Diaqramı bütövlüklə qeyd edin və kontekst menyudan
Verilənlərin
formatlaşdırılması
(Format data series)
əmrini seçin. Eyni adlı diaqram
pəncərəsinin
Verilənlərin qeydi
(Data labels)
səhifəsində
Faizlə göstər
(Show percent)
variantını seçin və OK-i sıxmaqla əmri təsdiq edin. Fikir
verin verilənlərin faiz asılılığı göstərilmişdir.
Əlavə qiymətlərin daxil edilməsi üçün verilənləri qeyd edib
Surətini
çıxarıb
(Copy)
və diaqrama
Yerləşdirmək
(Paste)
kifayətdir.
Diaqramı ləğv etmək çox asandır. Bunun üçün diaqramı qeyd edib, klaviaturada
olan
Delete klavişini basmaq kifayətdir.
Dostları ilə paylaş: