2.3 “ŞƏHİD AİLƏSİ” ormat olan ailənin üzvləri normativ təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər. Tələb olunan sənədlər:
2.3.1 Rektorun adına ərizə (2.3 üzrə ödənişdən azad olma ilə bağlı) (s. 12).
2.3.2 Şəhid ailəsi üzvlüyünü təsdiq edən sənəd,
2.3.3 Magistrantın doğum haqqında şəhadətnaməsi,
2.3.4 Magistrantın şəxsiyyət vəsiqəsi.
2.4 VALİDEYNLƏRİNİ İTİRMİŞ və ya VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ (hər iki valideyni vəfat etmiş və ya hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar; bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 23 yaşınadək şəxslər) magistrantlar normativ təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər. Tələb olunan sənədlər:
2.4.1 Rektorun adına ərizə (2.4. üzrə ödənişdən azad olma ilə bağlı) (s. 13).