Xammalın xırdalanma prosesi
Xammalın xırdalanması karxanadan çıxarılmış süxurların mexaniki qüvvələrin təsiri ilə
verilmiş ölçüyə qədər kiçildilməsi prosesinə deyilir. Xırdalanma materialların ilk kobud
üyüdülməsidir. Materialın sonrakı narın üyüdülməsi dəyirmanlarda aparılır.
Üyüdülməyə sərf olunan elektrik enerjisini azaltmaq və dəyirmanın məhsuldarlığını artırmaq
üçün xırdalanma əməliyyatından istifadə olunur. Xırdalanma prosesinin effekti materialın xırdalanma
dərəcəsi ilə xarakterizə olunur və xırdalayıcı qurğuya daxil olan ən böyük hissəciyin ölçüsünün
xırdalanmış materialın ən böyük ölçüsünə nisbəti ilə təyin olunur:
n
=
𝑫𝑫
𝑑𝑑
burada, n –
xırdalanma dərəcəsi; D – xırdalayıcı qurğuya daxil olan ən böyük hissəciyin ölçüsü, mm-
lə; d – xırdalayıcı qurğudan çıxan ən böyük hissəciyin ölçüsü, mm-lə.
Adətən, xırdalanmaya daxil olan əhəngdaşı parçalarının ölçüləri 100…1000 mm, gil
parçalarınınkı isə 50…500 mm olur. Xırdalanmadan sonra alınan məhsullarda fraksiyaların iriliyi 25
mm-
dən çox olmamalıdır.
Xammalın xırdalanma dərəcəsinə onların bərkliyi, möhkəmliyi və ya dağılmağa qarşı
müqaviməti, quruluşu (kristallik və ya amorf), nəmliyi və digər fiziki xassələri təsir edir.
8
Sement sənayesində ən çox tətbiq olunan xırdalayıcı qurğular aşağıdakılardır: çənəli, konuslu, vallı
və zərbəli daşqıranlar. Bu xırdalayıcılarda kobud, orta və narın xırdalanma prosesi aparılır. Kobud
xırdalanmada xırdalanmış materialın ölçüsü 300 mm-ə qədər, orta xırdalanmada – 70 mm-ə qədər, narın
xırdalanmada isə - 20 mm-ə qədər olur. Xammalın kobud xırdalanması çənəli, konuslu və vallı
daşqıranlarda aparılır. Xırdalama-üyütmə şöbəsinin iş sxemləri konkret yerli şəraitə uyğun və
materialların fiziki-mexaniki xassələri nəzərə alınmaqla seçilir.
Yumşaq materialların (tabaşir, mergel, gil və s.) xırdalanması bir mərhələdə özüxırdalanma
prinsipi ilə işləyən «hidrofol» dəyirmanında aparılır. Bərk materiallar çənəli və çəkicli daşqıranların
köməyi ilə iki mərhələdə xırdalanır. Bərk kristallik süxurlar isə üç mərhələdə xırdalanır: birinci
mərhələdə çənəli və ya konuslu daşqıranlardan, ikinci və üçüncü mərhələdə isə çəkicli daşqıranlardan
istifadə olunur.
Materiallar açıq və qapalı tsikldə xırdalanır. Açıq dövrdə xırdalanmış material yenidən
daşqırana qaytarılmır.Qapalı dövrdə isə daşqırandan sonra iri parçaların ayrılması üçün material
xəlbirə tökülür və ayrılan iri parçalar yenidən daşqırana qaytarılır.Qapalı üsulla xırdalanmanın açıq
üsula nisbətən üstünlüyü saatlıq məhsuldarlığın çox olması və xırdalanmaya sərf olunan elektrik
enerjisinin az olmasıdır.Ancaq qapalı dövrdə texnoloji sxem mürəkkəb və daşqırandan istifadə əmsalı
az olur. Xammalın fiziki xassələrindən və onun zavoda gətirilmə üsulundan asılı olaraq xırdalayıcı
qurğuları karxanada və ya bilavasitə zavodda yerləşdirirlər. Xırdalanma şöbəsində materiallar üçün
sərf bunkerləri, dozalayıcılar, xırdalayıcılar, nəqledicilər və toztəmizləyici avadanlıqlar quraşdırılır.
Bir, iki və üçmərhələli xırdalamada xırdalanma prosesi aşağıdakı ardıcıllıqla aparılır.
Açıq dövrdə iki mərhələdə xırdalama zamanı material qəbul bunkerindən kolosnikli qidalandırıcı
vasitəsilə I mərhələdəki çənəli daşqırana bərabər surətdə verilir. Xırdalanmış məhsul I mərhələnin
çənəli daşqıranından konveyer vasitəsilə xəlbirə tökülür. Xəlbirdən keçməyən iri hissəciklər II
mərhələdəki daşqırana verilir. Ələnmiş məhsul və II mərhələdəki daşqırandan keçən məhsul
istehsalın tələbini ödədiyindən üyüdülmək üçün dəyirmanın bunkerinə və ya ehtiyat yaratmaq üçün
xammal anbarına göndərilir. Materialın üçmərhələli xırdalanması zamanı ardıcıl olaraq I və II mərhələni
keçir. II mərhələdəki daşqırandan keçən material xəlbirdə ələnir və xəlbirin üzərində qalmış hissəciklər
III mərhələdəki daşqıranda xırdalanır.
Hal-
hazırda gilin xırdalanması üçün birmərhələli xırdalanmadan istifadə olunur. Bu zaman
xırdalama və qurutma əməliyyatını eyni vaxtda bir qurğuda aparmağa imkan verən «Xasemaq»
firmasının daşqıranından istifadə olunur. Bu sxemin üstünlüyü qurutma və üyütmə proseslərinin bir
qurğuda aparılmasından ibarətdir.
Materialların xırdalanma üsulundan asılı olaraq daşqıranlar aşağıdakı qruplara bölünür:
•
xırdalayıcı səthlərin dövri olaraq əzməsi ilə parçalayanlar – çənəli və konuslu daşqıranlar;
•
xırdalayıcı səthlərin fasiləsiz olaraq əzməsi ilə parçalayanlar – vallı daşqıranlar;
•
zərbə təsiri ilə parçalayanlar – çəkicli və rotorlu daşqıranlar.
9
Materialdan və xırdalanma mərhələsindən asılı olaraq sement zavodlarında müxtəlif növ
daşqıranlar istifadə olunur (cədvəl 1).
Dostları ilə paylaş: |