Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin



Yüklə 85,37 Kb.
səhifə10/16
tarix11.06.2023
ölçüsü85,37 Kb.
#128016
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
atropatena

Atropatena Arşakiləri. Atropatenanın Atropatidlər sülaləsindən olan sonuncu hökmdarı V Artavazd idi. Onun dövründə Atropatenada Kiçik Arşakilər sülaləsinin və ya Atropatena Arşakiləri sülaləsinin əsasını qoyulmuş, III Artaban hakimiyyət başına keçdi. Arşakilərin Atropatenadakı kiçik qolu Sasanilərin hakimyyət başına gəlməsinə kimi hakimiyyət başında olmuşdur. Arşakilərin hakimiyyət başına gəlməsi ilə Atropatenada baş verən bütün siyasi cərəyanlar birmənalı şəkildəRomanın əlehinə çevrilmişdir.
Arşakilərhakimiyyətini ələ keçirən II Artaban öz qardaşı Vanonu Atropat Midiyasının təyin etdi. Eramızın 10-40-cı illərində hakimiyyət başında olmuş Atropatena hökmdarı III Artaban ana tərəfindən Parfiyanın Şimal – Şərq zonasında yaşayan zadəgan köçəri tayfaya mənsub olmuş, atası sə Atropatena hökmdarı olmuşdur. Məhz bu səbəbdən dəIII Artaban Atropatenada Arşakilərin kiçik qolunun banisi sayılır. O, romalıların barışmaz düşməni olmuşdur. Beləliklə Atropatın nəsli Artavazddan sonra Atropatena ilə yanaşı bütün İrana və ona tabe olan əyalətlərə də hökmdarlıq etmişdir.
Arşakilərin Atropatenada hakimiyəət dövrünün ən yadda qalan hadisələrindən biri dəalan tayflarının ölkə ərazisinə yürüşü olmuşdur. Antik müəlliflərin əsərlərində allanların Atropatenaya iki yürüşündən bəhs olunur. Allanlar eramızın 72-74-cü illəri arasında Xəzər sahili əyalətlərə o cümlədən Atropatenaya da basqınlar etmişlər. Alanlar bu zaman çox geniş bir ərazidə –Azov və Xəzər dənizləri arasındakı böyük torpaqlarda yaşayırdılar. Arşakilər sülaləsindən olan Atropatena hökmdarı Pakor da allanların hücumlarının qarşısını ala bilməmişdi. Parfiya hökmdarı Valagez (Balaş) əlacsız qalaraq bu böyük təhlükənin qarşısını almaq üçün parflara düşmən olan Roma imperatoru Vespasiana üraciət edib kömək istədi. Romalılar isə bu zaman parfların təklifini rədd edərək allanlara qarşı vuruşmaqda onlara kömək etmədilər.
Arşakilərin kiçik qolu II Artabanın oğlu Vanondan başlayaraq III Artaban və sonra gələn hökmdarlar Atropatenanı hərbi-siyasi cəhətdən gücləndirməyə səy göstərirdilər. Bu hökmdarlar qüvvətli ölkələrlə ictimai-iqtisadi bəzi hallarda isə diplomatik əlaqə yaradırdılar.
Atropatena hökmdarları (e.ə. 250-ci ildən b.e. 224-cü ilinə kimi ) Arşakilər hakimiyyət başına gələn dövrdən ta onların hakimiyyətinin sonuna kimi öz müstəqilliklərini qoruyub saxlaya bilmişdilər. Lakin müxtəlif mənbələrdən Atropatena hökmdarlarının tarixin fərqli dövrlərində az miqdarda da olsa Parfiya şahlarına xərac vermələri faktları da məlumdur. Müharibə zamanı isə öz orduları ilə düşmənlə vuruşmalı olurdular. Bunun müqabilindəparflar Atropatenanın daxili işlərinə qarışmır və qayda – qanunlarına toxunmurdular.
Eramızın ilk əsrləri Atropatenada feodal münasibətlərinin yaranması və güclənməsi dövrü idi.

Yüklə 85,37 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin