ÇİLƏYƏ DÜŞMƏK Bala, mən çilə haqqında uşax vaxtı nənəmnən eşitmişəm. O vaxtdan yadımda qalıf. Nənəm deyirdi ki, nabada iki qırxlı, yanı uşağı oluf, hələ qırxı çıxmamış iki gəlin bir-birinin üstünə çıxa. Onnarın uşaxları çiləyə düşür. Bu belə olur. Əgər həmən gəlinnər bir-birinin üstünə gəlirsə, həmin qadınnarın ağırrıxları təzə olmuş uşaxlarının üstünə tökülür, çiliyə düşürlər. Uşağın ayağı bir-birinə dolaşır. Nə qədər eliyirlərsə, ayağı bir-birinnən ayıra bilmirlər. Ona görə də zahı gəlinnərin üstünə iynə taxırlar. Bax, belə bir vəzyət yarananda, yanı üz-üzə gələndə həmin gəlinnər uşaxları çiləyə düşməsinnər deyə üstlərindəki iynələri bir-birlərinə verməlidirlər, yəni dəyişməlidirlər. Onda uşağın ayağı dolaşmır.