2.7. Dövlət orqanları üçün elmi ekspertiza xidmətləri
Dövlət orqanlarından İKT sahəsinə aid daxil olan müxtəlif saziş, müqavilə, proqram və s. rəsmi sənəd layihələrinə ekspert rəyləri verilmişdir.
ELEKTRON ELMİN FORMALAŞMASI ÜZRƏ PRAKTİKİ FƏALİYYƏT
E-elmin formalaşmasının aktual elmi-nəzəri və praktiki məsələləri tədqiq edilmiş və arxitektur-texnoloji prinsipləri işlənmişdir.
E-elmin şəbəkə platforması olan AzScienceNet elm-kompüter şəbəkəsinin inkişaf mərhələləri, internet xidmətləri və perspektivləri təhlil edilmiş və ondan səmərəli istifadənin təşkili istiqamətləri təklif olunmuşdur.
E-elmdə bulud texnologiyalarından istifadə imkanları təhlil edilmişdir.
Elmi verilənlərin emalı prosesinin aktual məsələləri araşdırılmış və böyük həcmli elmi verilənlərin həllində bulud texnologiyasından istifadənin prinsipial məsələləri təklif olunmuşdur.
E-elmin təhlükəsizliyinin təmin edilməsi məsələləri araşdırılmış və effektiv mühafizəsi üçün təhlükəsizlik mexanizmləri işlənmişdir.
Açıq elm konsepsiyası tədqiq edilmış və reallaşmasının perspektiv istiqamətləri müəyyənləşdirilmişdir.
Terminoloji informatikanın formalaşma mərhələləri, müasir vəziyyəti və inkişaf tendensiyaları araşdırılmış, terminoloji biliklər bazasının yaradılmasının konseptual məsələləri işlənmişdir.
E-elm çərçivəsində Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası və Elmi problemlər üzrə elmi şuralar üçün informasiya sistemlərinin yaradılmasının konseptual məsələləri işlənmiş və veb-saytlar yaradılmışdır.