Qızlarını ərə vermək istəyənlərə dəyərli məsləhətlər
1- Qızınızı ərə verərkən onun fikrini soruşun
145. "Əl-Möcəmül-kəbir": Allahın rəsulu (s) ailəsindən bir qızı ərə vermək istədikdə, pərdə arxasında ona belə müraciət edərdi: "Qızım, Filankəs sənə elçi gəlib. Əgər onu sevmirsənsə, "yox" de. Çünki heç kim "yox" deyərək etiraz etməyə utanmamalıdır. Əgər sevirsənsə (ona ərə getmək istəyirsənsə) sənin susmağın razılılıq niçanəsi sayılacaq."1
2- Ləyaqətli kürəkən tapdıqda qızınızı ona ərə verməkdə səhlənkarlıq etməyin
146. Allahın rəsulu (s): Hər vaxt sizin qızınıza münasib elçi gəlsə, qızınızı ona ərə verin. Bu gün-sabah edib, gecikdirməyin.2
147. Allahın rəsulu (s): Hər vaxt qızınıza münasib elçi gəlsə, gecikmədən qızınızı onunla evləndirin.3
148. Allahın rəsulu (s): Ey Əli! Üç işi gecikdirmə: Nmazı (yubatmadan)vaxtı gəlib çatdıqda yerinə yetir. Cənazəni hazır olduqda dəfn et. Ərsiz qadını, ona uuyğun həyat yoldaşı tapıldıqda ərə ver.4
149. "Əl-Kafi": İmam Sadiq (ə) rəvayət edir: Peyğəmbər (s) insanlara nitq söyləyərkən, onlara qızlarını ərə verməkdə gecikməməyə həvəsləndirib və tələsməyə çağırdı... Elə bu zaman bir kişi ayağa qalxıb, soruşdu: Ey Allahın elçisi! Qızlarımızı hansı xüsusiyyətlərə sahib olan insanlara ərə verək?
Həzrət (s) buyurdu: "Münasib və uyğun olan şəsxlərə."
Ey Allahın elçisi! Münasib və uyğun olan şəsxlər, kimlərdir?
"İmanlı şəxslər bir-birilərinə münasidirlər. İmanlı şəxslər bir-birilərinə uyğundurlar."1