maliyyə-təsərrüfat əməliyyatlarını əks etdirən sənədlərin yoxlanması;
əməliyyatların tərtibatı zamanı sorğu və müşahidə aparılması;
nəzarət vasitələrinin iş qabiliyyətini öyrənmək üçün digər auditor prosedurlarının nəticəsindən istifadə edilməsi.
Nəzarət vasitələrinin testləşdirilməsinin əsas məqsədi –auditoru inandırmaqdan ibarətdir ki, müəssisədə nəzərdə tutulan mühasibat uçotu və daxili nəzarət sistemi etibarlı işləyir.
Auditor nəzərə almalıdır ki, əhəmiyyətliliyin səviyyəsi ilə auditor riskinin dərəcəsi arasında əks əlaqə vardır:
əhəmiyyətliliyin səviyyəsi nə qədər yüksəkdirsə, ümumi auditor riski bir o qədər aşağıdır;
əhəmiyyətliliyin səviyyəsi nə qədər aşağıdırsa, auditor riski bir o qədər yüksəkdir.