Üçüncü prinsip dünyanın hədəfli olmasının inkar edilməsidir ki, bu da Yaradanın inkar olunmasının təbii nəticəsidir. Təbiidir ki, hikmət sahibi olan Allahın varlığının isbat olunması ilə bu prinsip də batil edilir (qüvvədən salınır). Bundan əlavə, belə bir sual yaranır ki, əql sahibi olan bir insan dünyanın heyrətamiz nizamını, onun varlıqları arasında mövcud olan sıx uyğunluğu və qırılmaz bağlılığı, bunun ardınca gələn saysız-hesabsız faydaları müşahidə edə-edə dünyanın hədəfli olmasını necə dərk edə bilməz?