Abbas ibn Mühəmməd Rza Qumi. Birinci hissə


Toy şənliyi və toy gecəsinin təyin olunması



Yüklə 3,63 Mb.
səhifə28/169
tarix02.01.2022
ölçüsü3,63 Mb.
#12370
1   ...   24   25   26   27   28   29   30   31   ...   169
3.Toy şənliyi və toy gecəsinin təyin olunması

Həzrəti-Əli (ə.s) buyurur: «Beləcə, bu əhvalatdan sonra Rəsuli-əkrəm(s) ilə hər gün məsciddə namaz qılıb öz evimə qayıdırdım. Lakin evlənmək barədə onunla heç bir söhbət etmirdim. Bir ay ötdükdən sonra Rəsuli-əkrəm(s)-in zövcələri mənə dedilər: «İstəyirsən, biz sənin Fatimə(s.ə) ilə evlənməyin barədə Peyğəmbər(s)-lə söhbət edək».

Razılıq verdim. Onlar Rəsulullah(s)-ın hüzuruna getdilər. Ümmü Əymən17 dedi:

-Ey Allahın Rəsulu, elə bir iş üçün gəlmişik ki, əgər Xədicə(s.ə) sağ olsa idi, sevinərdi. Əli(ə.s) istəyir ki, həyat yoldaşını evinə aparsın. Əli(ə.s) ilə görüşü münasibəti ilə bizə və Fatimə(s.ə)-yə gözaydınlığı ver.

Rəsuli-əkrəm(s) buyurdu:

__ Bəs nə üçün Əli(ə.s) özü gəlib mənə demir? Biz gözləyirdik ki, o özü gəlsin.

__ Ey Allahın Rəsulu, səninlə bu barədə danışmağa həya edir.

Peyğəmbər(s) soruşdu:



__ İndi burada kim var?

Ümmü Sələmə Zeynəbin və bir neçə nəfərin adını sadaladı. Peyğəmbər(s) buyurdu:



__ Qızım və əmim oğlu üçün otaqlardan birini hazırlayın.

__ Hansını?

__ Öz otağımı.

Sonra həzrəti-Mühəmməd(s) qadınlara və zövcələrinə tapşırıq verdi ki, Fatimə(s.ə)-ni özunə layiq bəzəsinlər.

Ümmü Sələmə deyir:

Həzrəti-Zəhra(s.ə) sonra bir şüşədə ətir gətirdi, ondan bir az da ovcuma tökdü. Elə gözəl qoxusu vardı ki, həyatımda belə ətir görməmişdim. Dedim:



­­­__ Bu gözəl ətir haradandır?

Buyurdu:



­__ Dihyəyi Kəlbi18 (səhabədən biri) atamın hüzuruna gəldiyi vaxt atam həmişə mənə buyurardı: «Ey Fatimə, əmin üçün döşəkçə gətir.» Mən də döşəkçə gətirib yerə sərirdim. O da əyləşirdi. Qalxıb gedəndə libasının içindən yerə nəsə tökülürdü. Atam mənə söyləyərdi: «Onları yığ». (Əlbəttə, gələn qonaq Dihyeyi Kəlbinin surətində Cəbrayıl idi).

Bir gün həzrəti-Əli(ə.s) Peyğəmbər(s)-dən soruşdu:



__ Bunlar nədir?19

__ Ənbərdir, Cəbrayılın qanadları arasından tökülür.

Rəsuli-əkrəm(s) həzrəti-Əli(ə.s)-yə tapşırdı ki, toy üçün həzırlıq görsün, belə ki ət və çörəyi Peyğəmbər(s) özü, yağ və xurmanı isə, bəy almalı idi.

Əmirəlmöminin(ə.s) deyir ki, gedib yağ və xurma alıb Rəsuli-əkrəm(s)-in hüzuruna gətirdim. Peyğəmbər(s) qolunu çırmayıb xurmanı yağla qarışdırdı. Kök qoyun və çörəyi bizim üçün göndərdi. Sonra mənə buyurdu:

__Kimi istəyirsən, toya dəvət et.

Məscidə getdim. Məsciddə səhabədən çox adam var idi. Yarısını çağırıb, yarısını dəvət etməməkdən utandım, hündür bir yerə çıxıb dedim:



__Fatimə(s.ə)-nin toy məclisinə olan dəvətimi qəbul edin.

Hamı yeyib-içib bizə dua etdilər ki, Allah sizə bərəkət versin. Dörd mindən (4000) artıq olan qonağa yemək-içmək artıqlaması ilə çatdı. Sonra Peyğəmbər(s) kasa istədi. Kasaları gətirdilər. Kasaları doldurub zövcələrinin evlərinə göndərdi. Sonra bir kasa da götürüb dolduraraq buyurdu:



__Bu da Fatimə(s.ə) və əri üçün.


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin