29
Lazım gəldikdə ət tikələri şişə taxılır və soğandan təmizlənərək közərmiş köz
üstündə bişirilir. Kababın təmi yaxşı
olsun deyə, onubişirilməzdən əvvəl kərə
yağına salıb çıxarmaq məsləhət görülür.
Kabab bişirilib süfrəyə veriləndə yanına qarnir əvəzinə soğan, limon,
yaxud
şişdə bişmiş pomidor, sumaq, döyülmüş istiot və duz qoyulur.
Hər pors üçün burada 300q mal əti (can əti), 1 baş soğan (yarısı basdırma
üçün), 15q nar, yaxud 10q üzüm sirkəsi, 5q kərə yağı, 10q cəfəri, habelə təm üçün
istiot, duz götürülür.
Lülə-kabab. Qoyun əti soğanla və quyruqla birlikdə ətçəkən maşından ke-
çirilir. Sonra ona duz və istiot vurulur qarışdırılır, 20 dəqiqə soyuq yerdə saxlanır.
Çəkilmiş ət lülə şəklində formalanıb şişlərə taxılır. Lülə-kababı şişə taxarkən əlləri
duzlu suya batırmaq lazımdır. Lülə-kabab manqalda közərmiş kömür üzərində
bişirilir. Bərabər qaydada qızarsın deyə, şişlər arabir çevrilir. Lavaş hazırlamaq
üçün un ələnir, içinə su və duz qatılıb bərk xəmir
yoğrulub və dərin boşqab
ölçüsündə 1mm qalınlıqda yayılır. Lavaşın hər iki üzü tavada və ya sacda bişirilir.
Lülə-kabab lavaşın içində süfrəyə verilir və bunun yanına doğranmış soğan,
sumaq, yaxud hər pay üçün şişdə bişmiş pomidor qoyulur.
Hər pors üçün burada 300q
qoyun əti, 20q quyruq yağı, 40q göy soğan, 15q
reyhan və cəfəri 45q un və 5q duz götürülür.
Dolmalarin növlərinin hazirlanmasi və süfrəyə verilməsi.
Şirin kələm dolmasinin hazirlamasi və süfrəyə verilməsi. Yağlı
qoyun əti
sümükdən ayrılıb baş soğanla birlikdə ətçəkən maşından keçirilir, sonra ona istiot
və duz qatılır. Düyü arıtlanıb yuyulur, şabalıd bişirilib qabığı soyulur, göyərti
doğranır, islağa qoyulmuş noxud ləpəsi süzülür. Bəzən kişmiş də arıtlanıb yuyulur
və bunların hamısı ətə qatılıb qarışdırılır.
Kələmi özəyi kəsilərək qaynar suda pörtlədilir və yarpaqları ayrılır.
Sonra
kələmin yarpaqların şah damarları kəsilir, içinə hazırlanmış ət qoyulur, kvadrat
formasında bükülür,
cərkə ilə dərin qazana düzülür, bulyon tökülür və üstündən
boşqabla sıxılaraq bişirilir. Xörəyin hazır olmasına bir az qalmış sous qatılır. Sous
30
doşab, yaxud şəkər, sirkə və bulyondan hazırlanır. Süfrəyə verilən zaman boşqaba
kələm dolması qoyulur, üstünə öz sousundan tökülür və döyülmüş darçın səpilir.
Qeyd: doşab və turşa-şirin şirə olmadıqda, kələm dolması bulyonda bişirilir və
üstünə nar şirəsi, zoğal turşusu tökülür, habelə doğranmış şüyüd səpilir.
Yay vaxtı kələm dolmasını qabıqsız pomidorla bişirmək olar.
Qoyun əti yağsız olduqda dolmanın dadını yaxşılşdırmaq məqsədilə ətə ya
doğranmış quyruq, ya da kərə yağı qatmaq məsləhət görülür.
Hər pors üçün burada 150q qoyun əti, 20q düyü, 10q noxud ləpəsi, 1baş
soğan, 200q kələm, 50q kişmiş, doşab, yaxud şəkər, üzüm sirkəsi, yaxud limon
duzu, şabalıd, darçın, habelə təm üçün istiot, duz götürlür.
Dostları ilə paylaş: