Orta gəlir firmanın hər bir səciyyəvi əmtəədən nə qədər gəlir əldə etdiyini göstərir.
Orta gəlir məcmu gəlirlə məcmu satış həcminin nisbətidir.
Rəqabətli Firmanın Gəlirləri
Mükəmməl rəqabətdə,orta gəlir satılan əmtəənin satış qiymətinə bərabərdir.
Rəqabətli Firmanın Gəlirləri
Marjinal gəlir bir vahid əlavə satış nəticəsində məcmu gəlirdəki dəyişmədir.
MR =TR/ Q
Rəqabətli Firmanın Gəlirləri
Rəqabətli firmalar üçün, marjinal gəlir, əmtəənin satış qiymətinə bərabərdir.
Cədvəl 1 Rəqabətli Firmanın Məcmu, Orta və Marjinal Gəliri
MƏNFƏƏTİN MAKSİMALLAŞDIRILMASI VƏ RƏQABƏTLİ FİRMANIN TƏKLİF ƏYRİSİ
Rəqabətli firmanın məqsədi mənfəətin maksimallaşdırılmasıdır.
Yəni firma çalışacaq ki, məcmu gəlirlərlə məcmu xərclərin fərqini maksimallaşdıran miqdar istehsal etsin.
Cədvəl 2 Mənfəətin Maksimallaşdırılması: Rəqəmli Misal
Təsvir 1 Rəqabətli Firmanın Mənfəətini Maksimallaşdırması
MƏNFƏƏTİN MAKSİMALLAŞDIRILMASI VƏ RƏQABƏTLİ FİRMANIN TƏKLİF ƏYRİSİ
Mənfəəti maksimallaşdıran istehsal həcmində, marjinal gəlir və marjinal xərclər bir-birinə bərabər olur.
MƏNFƏƏTİN MAKSİMALLAŞDIRILMASI VƏ RƏQABƏTLİ FİRMANIN TƏKLİF ƏYRİSİ
Əgər MR > MC artma Q
Əgər MR < MC azalma Q
Əgər MR = MC Mənfəət maksimallaşdırılır.
Təsvir 2 Marjinal Xərclər Rəqabətli Firmanın Təklif Əyrisi Kimi
Firmanın Bağlanmaq Haqqında Qısa-Müddətli Qərarı
Müvəqqəti olaraq fəaliyyəti dayandırma, bazar şərtlərinə cavab olaraq müəyyən müddət ərzində heç bir şey istehsal etməmək haqqında qısa müddətli qərardır.
Bazarı tərk etmə isə uzun müddətli qərardır.
Firmanın Bağlanmaq Haqqında Qısa-Müddətli Qərarı
Əgər firma bazarı tamamilə tərk etmək qərarına gəlirsə, onda batmış xərcləri nəzərə alır. Firma müvəqqəti olaraq istehsalı dayandıran zaman isə batmış xərclərə əhəmiyyət vermir.
Batmış xərclər öhdəliyə götürülmüş və artıq geriyə qaytarıla bilməyən xərclərdir.
Firmanın Bağlanmaq Haqqında Qısa-Müddətli Qərarı
Əgər firmanın fəaliyyəti nəticəsində əldə edəcəyi gəlirlər onun dəyişən xərclərindən az olarsa, firma fəaliyyətini dayandıracaqdır.
Əgər TR < VC olarsa, fəaliyyət dayandırılır.
Əgər TR/Q < VC/Q olarsa, fəaliyyət dayandırılır.
Əgər P < AVC olarsa, fəaliyyət dayandırılır.
Təsvir 3 Rəqabətli Firmanın Qısa Müddətli Təklif Əyrisi
Firmanın Bağlanmaq Haqqında Qısa-Müddətli Qərarı
Qısa müddətdə, rəqabətli firmanın təklif əyrisi onun marjinal xərclər əyrisinin orta dəyişən xərclər əyrisindən yuxarıda qalan hissəsidir.
Firmanın Bazara Daxil Olmaq və ya Tərk Etməklə Bağlı Uzun Müddətli Qərarı
Uzun müddətdə, firmanın məcmu gəlirləri onun məcmu xərclərindən az olarsa, firma tərk etmək qərarı verir.
Əgər TR < TC olarsa, onda bazarı tərk et.
Əgər TR/Q < TC/Q olarsa, onda bazarı tərk et.
Əgər P < ATC olarsa, onda bazarı tərk et.
Firmanın Bazara Daxil Olmaq və ya Tərk Etməklə Bağlı Uzun Müddətli Qərarı
Daxil olma o zaman mənfəətlidir ki, əmtəənin qiyməti, istehsalın orta məcmu xərclərindən çox olsun.
Əgər TR > TC olarsa, onda bazara daxil ol.
Əgər TR/Q > TC/Q olarsa, onda bazara daxil ol.
Əgər P > ATC olarsa, onda bazara daxil ol.
Təsvir 4 Rəqabətli Firmanın Uzun Müddətli Təklif Əyrisi
RƏQABƏTLİ BAZARDA TƏKLİF ƏYRİSİ
Uzun müddətdə, rəqabətli firmanın təklif əyrisi onun marjinal xərclər əyrisinin orta məcmu xərclər əyrisindən yuxarıda qalan hissəsidir.
Təsvir 4 Rəqabətli Firmanın Uzun Müddətli Təklif Əyrisi
RƏQABƏTLİ BAZARDA TƏKLİF ƏYRİSİ
Qısa Müddətli Təklif Əyrisi
Marjinal xərclər əyrisinin orta dəyişən xərclər əyrisindən yuxarıda qalan hissəsidir.
Uzun Müddətli Təklif Əyrisi
Marjinal xərclər əyrisinin orta məcmu xərclər əyrisindən yuxarıda qalan hissəsidir.
Təsvir 5 Mənfəətin, Qiymət və Orta Məcmu Xərclər Arasındakı Sahə kimi Ölçülməsi
Təsvir 5 Mənfəətin, Qiymət və Orta Məcmu Xərclər Arasındakı Sahə kimi Ölçülməsi
RƏQABƏTLİ BAZARDA TƏKLİF ƏYRİSİ
Bazara çıxarılan əmtəənin təklif həcmi ayrı-ayrı firmaların hər birinin təklif həcminin cəmindən ibarətdir.
Qısa Müddət: Sabit Sayda Firmaların Mövcud Olduğu Halda Bazar Təklifi
Hər hansı verilən qiymətdə, hər bir firma marjinal xərclərinin qiymətə bərabər olduğu miqdarda əmtəə təklif edəcəkdir.
Bazar təklif əyrisi, firmaların ayrılıqda marjinal xərclər əyrilərini əks etdirir.
Təsvir 6 Sabit Sayda Firma ilə Bazar Təklifi
Uzun Müddət: Sərbəst Daxil olma və Tərk etmə Halında Bazar Təklifi
Mənfəət sıfıra bərabər olana qədər firmalar bazara daxil olacaq və oranı tərk edəcəklər.
Uzun müddətdə, qiymət minimum orta məcmu xərclərə bərabərdir.
Uzun müddətli təklif əyrisi bu qiymətdə üfüqi xətdir.
Təsvir 7 Daxilolma və Tərk Etmə Halında Bazar Təklifi
Uzun Müddət: Sərbəst Daxil olma və Tərk etmə Halında Bazar Təklifi
Sərbəst daxilolma və tərk etmə prosesinin sonunda mövcud firmalar sıfır iqtisadi mənfəət əldə edir.
Sərbəst daxilolma və tərk etmə prosesi yalnız o zaman başa çatır ki, qiymət və orta məcmu xərclər bərabər olsun.
Uzun müddətli tarazlıq halında bütün firmalar səmərəlilik həddində fəaliyyət göstərməlidir.
Nə Üçün Rəqabətli Firmalar Sıfır Mənfəətlə Fəaliyyətini Davam Etdirir?
Məcmu xərclər firmanın alternativ dəyərlərini ehtiva edir.
Sıfır mənfəətli tarazlıqda, firmanın gəlirləri onun sahiblərinin firmanı fəaliyyətdə saxlamaq üçün sərf etdikləri vaxt və pulun əvəzini vermək üçün yetərli olmalıdır.
Qısa və Uzun Müddət üzrə Tələbin Dəyişməsi
Tələbin artması qısa müddətdə qiymətin və miqdarın artmasına səbəb olur.
Firmalar bu zaman mənfəət əldə edir, çünki, cari qiymət orta məcmu xərclərdən çox olur.
Təsvir 8 Qısa və Uzun Müddətdə Tələbin Dəyişməsi
Təsvir 8 Qısa və Uzun Müddətdə Tələbin Dəyişməsi
Təsvir 8 Qısa və Uzun Müddətdə Tələbin Dəyişməsi
Nə Üçün Uzun Müddətli Təklif Əyrisi Yuxarıya Doğru Meylli Ola Bilər
İstehsalda istifadə olunan bəzi resurslar məhdud ola bilər.
Firmaların müxtəlif xərcləri ola bilər.
Nə Üçün Uzun Müddətli Təklif Əyrisi Yuxarıya Doğru Meylli Ola Bilər
Marjinal Firma
Marjinal firma o firmadır ki, qiymətin düşəcəyi halda bazarı tərk edir.
Xülasə
Rəqabətli firma qiymətlə razılaşan olduğu üçün, onun gəliri istehsal etdiyi əmtəənin miqdarı ilə mütənasibdir.
Əmtəənin qiyməti həm firmanın orta gəlirinə, həm də marjinal gəlirinə bərabərdir.
Xülasə
Mənfəəti maksimallaşdırmaq üçün, firma elə bir istehsal həcmi seçir ki, marjinal gəlir marjinal xərclərə bərabər olsun.
Bu həmçinin, qiymətin marjinal xərclərə bərabər olduğu istehsal həcmidir.
Buna görə də, firmanın marjinal xərcləri həm də onun təklif əyrisidir.
Xülasə
Qısa müddətdə firma dəyişməz xərclərini qənaət edə bilmədiyi üçün, əmtəənin qiyməti orta dəyişən xərclərdən çox olduğu halda firma müvəqqəti olaraq bağlanmaq qərarı verəcəkdir.
Uzun müddətdə, firma həm dəyişməz, həm də dəyişən xərclərini qənaət edə bildiyi üçün, qiymət orta məcmu xərclərdən az olduğu halda bazarı tərk etmək qərarı verəcəkdir.
Xülasə
Sərbəst daxilolma və tərk etmə şərti ödənilən bazarda, uzun müddətdə mənfəət sıfıra bərabərdir. Bu uzun müddətli tarazlıqda bütün firmalar səmərəlilik həddində istehsal edir.
Tələbdə baş verən dəyişikliklərin müxtəlif vaxt müddətləri ərzində müxtəlif təsirləri vardır.
Uzun müddətdə, firmaların sayı tənzimlənərək bazarı yenidən sıfır mənfəət tarazlığına gətirir.