3. Dilin yaranması haqqında ictimai razılaşma
nəzəriyyəsi
Dilin əmələ gəlməsinə dair antik nəzəriyyələrdən biri
olan ictimai razılaşma nəzəriyyəsi bizim eradan əvvəl V-IV
əsrlərdə Yunanıstanda meydana çıxmışdır. Bu nəzəriyyə-
nin mahiyyətini “ictimai razılaşma” anlayışı təşkil edir. Bu
nəzəriyyəyə eyni zamanda tesey nəzəriyyəsi də deyilir.
İctimai razılaşma nəzəriyyəsinə görə, dil insanların öz
ara larında müəyyən ad haqqında razılığa gəlmələri əsasın-
da yaranmışdır. Belə ki, guya, ilk insanlar hələ dil olma-
dığı bir dövrdə bu və ya başqa hadisəni, yaxud da əşyanı
adlandı randa bir-birləri ilə razılaşmışlar. Məsələn, deyək
ki, qanadlı canlıların bir növünə quş, quşların müəyyən
qrupuna durna, digərlərinə leylək, qaz, toyuq, heyvanların
müxtəlif növlərinə fil, dəvə, şir, pələng, dovşan, tülkü, inək,
qoyun və i. ad verəndə adamlar toplaşıb bu canlıları həmin
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
362
sözlərlə adlandırmaq razılığına gəlmişlər. Bundan əlavə,
ictimai razılaşma nəzəriyyəsinin tərəfdarları öz nəzəriy-
yələri üçün müxtəlif elm sahələrinə dair terminlərin razı-
laşma əsasında qurulduğunu da əsas götürmüşlər. Onlar
sübut etməyə çalışmışlar ki, madam ki, terminlər yaradı-
landa razılaşma əsas tutulur, deməli, ilk sözlərin yaradıl-
masında da bu yoldan istifadə edilmişdir.
İctimai razılaşma nəzəriyyəsinin uzun illər qızğın
müdafiəçiləri olmuşdur. XVIII əsrdə fransız mütəfəkkirləri
dilin ictimai razılaşma əsasında yarandığını möhkəm mü-
dafiə edib, eyni zamanda, dilin şüurlu şəkildə əmələ gəldi-
yini söyləmişlər. Onların tezisləri belə idi: “dil şüurlu kəşf”
və “ictimai razılaşma” əsasında əmələ gəlmişdir.
Bütün deyilənlərə diqqətlə yanaşıldıqda aydın olur ki,
dilin mənşəyinə dair tesey nəzəriyyəsində doğru fikir söy-
lənilməmişdir. Bu nəzəriyyənin düzgün olmadığını aşağı-
dakı cəhətlər göstərir:
1. Əgər ilk insanlar bu və ya başqa bir şeyə ad verərkən
bir-biri ilə razılaşsalar, mütləq ünsiyyət vasitəsinə
müraciət etməli idilər. Məlumdur ki, əsas ünsiyyət va-
sitəsi dildir. Bəs hələ dil olmadığı halda insanlar razı-
laşa bilərdilərmi? Əlbəttə yox. Deməli, bu fikir əsassız
və yanlışdır.
2. İctimai razılaşma nəzəriyyəsinin tərəfdarları ilk adi
sözlərin yaranması prosesi ilə terminlərin əmələ gəl-
məsini səhv olaraq eyni məsələ hesab etmişlər. Hal-
buki bunlar bir-birindən fərqlənən dil hadisələridir.
İlk sözlərin yaranması dillə, terminlərin meydana
çıxması isə, əsasən, elmlə bağlıdır. Eyni zamanda, dil
olmadan elm yarana bilməzdi. Odur ki, dilin əsasında
elm, elmə uyğun isə termin meydana çıxır. Buna görə
də ilk sözlərin tarixi qədim, terminlərinki isə nisbətən
çox gəncdir. Başqa sözlə desək, termin yaradılması di-
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
363
lin inkişafının yaxın dövrünə aiddir. Deməli, ünsiyyət
vasitəsi olan dil ictimai razılaşma əsasında meydana
çıxmamışdır. Çünki maddi varlıqların mahiyyətini ki-
fayət qədər dərk edə bilməyən ilk adamlar heç vaxt
razılaşma yolu ilə yeni-yeni sözlər yaradıb dil əmələ
gətirə bilməzdilər
1
.
Dostları ilə paylaş: |