Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
334
Afrika, Amerika və Avstraliyanın bir sıra xalqlarında
bu vasitələr daha çox inkişaf etmiş, qəliz, mürəkkəb forma-
lar meydana çıxmışdır.
Amerika hindiləri mürəkkəb jestlər sistemi yarada
bilmişlər. Onlar bu vasitə ilə qəliz anlayışları ifadə edə
bilirlər. Müşahidəçilərin qeydlərinə görə, onlar “ağac”,
“yarpaq” və “açılmaq” anlayışlarına dair jest müəyyən et-
mişlər. Bu jestlərin birləşdirilməsi, kombinasiyası əsasında
“bahar” anlayışını ifadə edə bilirlər.
Avstraliyanın yerli əhalisi arasında jestlərin daha
müxtəlif və mürəkkəb sistemi formalaşmışdır. Avstrali-
yanın xüsusən aranta tayfasının jestlər sistemi bütün dün-
yada fərqlənir. Alimlər onlarda 500-dən artıq müxtəlif jest
olduğunu göstərirlər. Aranta tayfasında jestlərlə geniş ha-
disələr nəql edilir, bununla bərabər, müxtəlif əşya, hadisə,
rən garəng əlamət və keyfiyyətlər bildirilir. Aranta tayfası bu
vasitədən çox geniş istifadə edir. Buna görə də bəzi təd qi-
qatçılarda belə bir təəssürat oyanmışdır ki, guya, onlar səs li
dili bilmirlər, ondan heç zaman istifadə etməmişlər və i. Bu
təəssüratların təsirinə düşən dilçilər dilin mənşəyinə dair
qeyri-elmi və məntiqsiz nəzəriyyə söyləmişlər
1
.
Əslində, aranta tayfası lap ilk dövrdən səsli dildə da-
nışmış, indi də səs dilində danışırlar. Onlar jestlərdən di-
gər xalq və tayfalar kimi həmişə yox, müəyyən məqamda
bu və ya digər məqsədlə əlaqədar istifadə edirlər. Jestlər
sistemindən çox inkişaf etmiş tayfa və xalqlar, əsasən, aşa-
ğıdakı hallarda istifadə edirlər:
Dostları ilə paylaş: