Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
275
Böyük hərflər. Böyük hərflərə, eyni zamanda,
baş hərflər
də deyilir. Qədim fonoqrafik yazılarda, o cümlədən latın
yazılarında vahid qrafem işarə kimi istifadə olunmuş, baş
hərflərin işlənmə dairəsi sonralar müəyyən dərəcədə məh-
dudlaşmışdır. Belə ki, latın yazısı bizim eranın III əsrinə
kimi ancaq baş hərflərlə yazılmış, lakin həmin dövrdən
başlayaraq böyük hərfdən cümlənin əvvəlindəki sözün ilk
səsinin yazılmasında istifadə edilmişdir. İndi müasir yazı-
larda böyük hərflərin işlənmə yeri, vəzifəsi müəyyənləş-
dirilmişdir. Böyük və kiçik hərfləri olan yazılarda abzasın,
cümlənin əvvəlində, abreviaturların (APU, ADU, TEC),
şüarların, lövhələrin, başlıqların, xüsusi isimlərin yazılı-
şında böyük hərflərdən istifadə olunur. Lakin nəzərə alın-
malıdır ki, baş hərflərin vəzifələri, işlənmə qaydaları eyni
tipli yazıların hamısında vahid şəkildə deyil. Bunu aydın
təsəvvür etmək üçün Azərbaycan və alman dillərində yal-
nız isimlərin yazılışını xatırlamaq kifayətdir. Belə ki, Azər-
baycan yazısında xüsusi isimləri bildirən sözlərin ilk hərfi
böyük yazıldığı halda, alman yazısında bütün isimlər bu
qaydada, yəni böyük hərflərlə yazılır.
Dostları ilə paylaş: