Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
241
feildir,
“yazı”, “yazıçı”, “yazıçılıq” – isim,
“oxu(maq)” feildir,
“oxucu” isim,
“hesab” isimdir,
“hesabla(maq)”feil və s.
3) Relyativ mənalı morfemlər sözlər arasında qram-
matik münasibət yaradır. Buraya, əsasən, sözdəyişdirici
şəkilçilər daxildir. Məsələn, hal, mənsubiyyət, cəm, şəxs
sonluğu, zaman şəkilçiləri relyativ mənalı şəkilçilər hesab
olunur. Məsələn,
“Universitetin rektoru saat onda kabinetinə
daxil oldu” cümləsində
“rektor” sözünün tələbinə görə
“uni
versitet” sözü yiyəlik hal şəkilçisi (
in),
“universitet” sözü-
nün tələbinə görə
“rektor” sözü III şəxs tək mənsubiyyət
şəkilçisi (
u),
“daxil oldu” xəbərinin tələbinə görə
“on” sayı
yerlik hal (
-da),
“kabinet” ismi isə yönlük hal (
-ə) şəkilçilə-
rini qəbul etmişdir. Sözlər arasında bu qrammatik müna-
sibətlər olmasa, fikri başqasına çatdırmaq çətinləşə bilərdi.
Dostları ilə paylaş: