Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
202
Cümlədə sözlər çoxmənalılığına görə də bir-birindən
fərqlənir. Məsələn,
“O məni gördü” cümləsində
o əvəzliyi ol-
duqca müxtəlif mənalar ifadə edə bilir.
O dedikdə, burada in-
san (kişi və ya qadın, oğlan və ya qız) və ya
heyvan (it, pişik, at,
quş, inək və s.) nəzərdə tutula bilər. Belə olduqda həmin sözün
mənası cümlə daxilində deyil, mətn daxilində aşkara çıxır.
Göstərilən dil faktları bir daha sübut edir ki, söz ol-
duqca mürəkkəb təbiətə malik bir dil vahididir. Onu lek-
sikanın başlıca vahidi kimi tədqiqata cəlb etmək, dildəki
əsas vəzifələrini müəyyənləşdirmək, müxtəlif leksik vari-
antlarını aşkara çıxarmaq və bu əsasda təsnif etmək dilçili-
yin ən vacib problemləridir.
Dostları ilə paylaş: