Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
186
Lakin dilin nəzəri cəhətdən öyrənilməsində qarşıya
müəyyən elmi məqsəd qoyulur. Hər bir dilin nəzəri cəhətdən
öyrənilməsi prosesi onun praktiki öyrənilməsindən başlayır.
Belə ki, müəyyən dil, o cümlədən Azərbaycan dili praktiki
öyrənilərkən sözdə eynicinsli sait səslərin bir-birini izlədiyi-
ni görürük. Lakin nəzəri dilçilik praktiki öyrənmə prosesin-
də müşahidə edilən bu hadisəni dərin və ətraflı bilmək üçün
uzağa gedir, dildəki digər fonetik hadisələri də aşkara çıxarır,
bu hadisələrin mövqeyini, yerini və xüsusiyyətlərini aydın-
laşdırır. Bundan əlavə, yeri gəldikcə belə hadisənin başqa
qohum və ya yad dillərdə olub-olmadığını müəyyənləşdirir.
Bununla nəzəri dilçilik problemləri meydana çıxır.
Nəzəri dilçilik təşəkkül tarixinə görə tətbiqi dilçiliyə nis-
bətən gəncdir. Lakin bu sahənin cavan olmasına baxmayaraq,
onun problemlərinin miqyası çox-çox geniş və əhatəlidir. Xü-
susilə elmin inkişafı ilə əlaqədar olaraq son zamanlar nəzəri
dilçiliyin problemləri çoxsahəli və çoxcəhətliyinə görə diqqəti
cəlb edir. Müasir dilçilik elmində dilin və dillərin elə bir cəhəti,
elə bir hadisəsi yoxdur ki, oraya nəzəri dilçilik nüfuz etməmiş
olsun. Buna görə də dilçiliyin bir sıra şöbələri əmələ gəlmişdir.
Onu da qeyd etməliyik ki, nəzəri dilçiliyin hər bir şöbəsinin
əldə etdiyi nəticələr heç də elmi bilik kimi qalmır. Bunlar əməli
işə tətbiq olunur, cəmiyyətin mədəni inkişafına xidmət edir.
Dostları ilə paylaş: