Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
387
tiqamətdə yayılaraq udulmuş havanı ciyərdə paylayır.
Bronxların ağciyərdə şaxələnməsi qol-budaqlı nəhəng
ağacı xatırladır. Bu oxşarlığı nəzərə alıb mütəxəssislər onu
bronx ağacı adlandırırlar.
Səsin yaranmasında əsas bronxların rolu ağciyərdən
gələn havanın nəfəs borusuna keçməsinə imkan yaratmasın-
dan ibarətdir. Belə ki, ağciyərlər sıxılarkən hava axını bronxi-
ollardan bronxlara daxil olur və oradan nəfəs borusuna keçir.
Göründüyü kimi, bu üzv hava axını yolunun müəyyən hissə-
sini, yəni nəfəs borusuna qədərki sahəni təşkil edir.
Dostları ilə paylaş: