aktyorlar kimi nəzərdən keçirilməsi izah etmə və proqnoz verma qabiliyyətini daha da məhsuldar
edir. Rasional seçim nazariyyələri strateci qarşılıqlı təsirlərin sadələşdirilmiş mənzərəsi
(təqdimatı) vasitəsilə dövlət davranışının, əks halda empirik tafsilatlarla perdalana biləcək güclü
izahımı və proqnozunu təmin etdiklərini iddia edir. Rasional seçim təhlili problem tipik olaraq
hadisələrin yaxşı düşülmüş siniflərinin, formal olaraq, çoxlu sayda digər hadisələrin eyni olan
nümunələri ilə məşğul olarkən uğurludur. Rasional seçim rəqabat aparan bazarların və ya böyük
təşkilatı sistemlərin təhlilində şıq, güclü və zaman-zaman intuisiyaya zidd izahlar təmin edə bilir.
Lakin beynəlxalq münaqişə nisbətən kiçik ərazidə, az miqdarda baş verir. Ona görə də təhlili
çətindir və qərar qəbul edənlərin tarixi keçmişdən problem haqqında xarakterik təsəvvürləri,
ehtimal paylanmasını və müxtəlif variantların ölçüləri əsasında dəyərlərin metrikasını çıxara
biləcəkləri kifayat miqdarda «bənzər» hallar müəyyən etməsi az ehtimallıdır. Beynəlxalq
münaqişə rasional seçim tadqiqatlarının çoxu beynalxalq münaqişələrdəki hall probleminin aşkar
mürəkkəbliyi və qeyri müəyyənliyi ilə sadələşdirilmiş mənzərələr strategiyası vasitəsilə maşğul
olur. Belə sadaləşdirilmiş mənzərələr (təqdimatlar) çox vaxt analitik cəhətdən asan emal
ediləndir.
47.Münaqişənin həllində çoxvariantlılıq
Münaqişəyə münasibətdə idarəedici təsirlər sırasında onun həlli mərkəzi yer tutur. Heç də bütün
münaqişələrin qarşısını almaq mümkün olmur. Buna görə də münaqişədən konstruktiv şəkildə
çıxmağı bacarmaq çox vacibdir.
Konfliktologiyada münaqişənin dinamikasındakı sonuncu mərhələni münaqişənin həlli termini ilə
ifadə etmək ənənəyə çevrilmişdir. Lakin bir çox müəlliflər digər anlayışlardan, məsələn,
«söndürmə», «aradan qaldırma», «nizamlama», «yoluna qoyma» və s. anlayışlarından istifadə
edirlər. Münaqişənin inkişafının mürəkkəbliyi və çoxvariantlılığı onun başa çatdırılması üsullarının
və formalarının birmənalı olmadığını ifadə edir. Həmin anlayışlardan münaqişənin başa
çatdırılması daha geniş olub, hər hansı səbəbdən münaqişənin bitməsini ifadə edir. Münaqişənin
başa çatdırılmasının əsas formaları aşağıdakılardır: həll, nizamlama, söndürmə, aradan qaldırma,
başqa münaqişəyə keçmə.
Münaqişənin həlli hər iki tərəfin qarşılıqlı fəaliyyət şəraitinin dəyişdirilməsi üzrə, münaqişənin
səbəblərinin aradan qaldırılması üzrə fəallığını nəzərdə tutur. Münaqişənin həlli üçün
opponentlərin özlərinin (yaxud heç olmasa onlardan birinin), onların münaqişədəki mövqelərinin
dəyişdirilməsi zəruridir. Çox vaxt münaqişənin həlli opponentlərin münaqişə obyektinə və bir-
birinə münasibətinin dəyişməsinə əsaslanır. Münaqişənin nizamlanması həlldən onunla fərqlənir
ki, opponentlər arasında ziddiyyətin aradan qaldırılmasında üçüncü tərəf iştirak edir.
Onun
Dostları ilə paylaş: